Əsas Səhifə > MALİYYƏ > Naxçıvan iqtisadiyyatı 2 %-ə yaxın böyüyüb

Naxçıvan iqtisadiyyatı 2 %-ə yaxın böyüyüb


16-07-2024, 10:26


Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasında 674,4 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bu barədə Şəffaflıq.az-ın yerli bürosuna yerli Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % çoxdur.

Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 1,1 % artaraq 1 438 manat olub.

Naxçıvanda 6 aylıq ÜDM istehsalının 255,6 milyon manatlıq hissəsi sənaye sektorunun payına düşüb. Bu, illik müqayisədə 3,9 % çoxdur.

Sənaye məhsulunun 229,1 milyon manatı malların, 26,5 milyon manatı isə xidmətlərin payına düşüb.


Geri qayıt