Zuğulbada Uşaq Sümük-Vərəm Sanatoriyasının köhnə binasına tarixi əhəmiyyətlilik cəhətdən baxış keçiriləcək
Zuğulbada Gindes adına Uşaq Sümük-Vərəm Sanatoriyasının binasının tarixi və memarlıq əhəmiyyətinin müəyyən edilməsi üçün baxış keçiriləcək. Bununla bağlı Şəffaflıq.az-ın sorğusuna cavab olaraq, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakının Xəzər rayonu ərazisində yerləşən sanatoriyanın tərk edilmiş binası hazırda daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil deyil. Tikilinin tarixi və memarlıq əhəmiyyətinin müəyyən edilməsi üçün baxış keçiriləcək. Xatırladaq ki, Gindes adına Uşaq Sümük-Vərəm Sanatoriyası bir neçə il öncə müasir binaya köçürülüb. Sanatoriyanın 1919-cu ildə istifadəyə verilmiş əski binası isə tərk edilib və heç bir məqsədlə istifadə olunmur
Facebook-da paylaş