Lənkəran-Astara zonasında şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
İyulun 15-i saat 9:00-a olan məlumata görə Azərbaycanda əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Lakin iyulun 14-də gündüz Lənkəran-Astara zonasının bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb. Düşən yağıntının miqdarı Astara və Lənkəranda 4 mm olub. Qeyd edilib ki, şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq iyulun 14-də Daşkəsən, Şirvan və Culfada 19 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 37, Aran rayonlarında 36, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub .Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş