Əsas Səhifə > EKOLOGİYA > Lənkəran-Astara zonasında şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

Lənkəran-Astara zonasında şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA


15-07-2024, 09:52


İyulun 15-i saat 9:00-a olan məlumata görə Azərbaycanda əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Lakin iyulun 14-də gündüz Lənkəran-Astara zonasının bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb. Düşən yağıntının miqdarı Astara və Lənkəranda 4 mm olub.

Qeyd edilib ki, şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq iyulun 14-də Daşkəsən, Şirvan və Culfada 19 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 37, Aran rayonlarında 36, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub

.Şəffaflıq.az


Geri qayıt