“Politico”: Borrel XİN rəhbərlərinin Budapeşt görüşünə mane olmaq istəyir
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel (Jozep Borrel) Avropa diplomatlarının avqust ayında Budapeştdə keçirilməsi nəzərdə tutulan görüşünə mane olmaq istəyir. Şəffaflıq.az xəbər verir ki, bu barədə “Politico” qəzeti üç diplomata istinadən məlumat yayıb. Qeyd olunub ki, hazırda quruma sədrlik edən Macarıstan avqustun 28-29-da Budapeştdə Aİ-nin xarici işlər nazirlərinin görüşünü təyin edib. Diplomatlardan biri görüşlə bağlı fikirlərini bölüşüb: “Eyni günlərdə ali nümayəndə tərəfindən təşkil edilən Aİ Xarici Əlaqələr Şurasının rəsmi iclası olarsa, nazirlər Budapeştə gedə bilməyəcəklər”. Nəşrin digər həmsöhbəti qeyd edib ki, xarici işlər nazirləri Budapeşt görüşünü boykot etməklə Macarıstanın Aİ adından danışmadığına dair açıq siqnal vermək istəyirlər. Qəzetin yazdığına görə, paralel görüşün keçirilməsi Almaniya və Fransa da daxil olmaqla bir neçə Aİ ölkəsi tərəfindən müzakirə edilir. Planın çərşənbə günü təqdim ediləcəyi gözlənilir.
Facebook-da paylaş