Amerika Kubokunun final matçının startı izdihama görə bir saatdan çox gecikib
Mayamidə Argentina və Kolumbiya arasında keçirilən Amerika Kubokunun final matçının startı “Hard Rock” stadionunun girişində yaranan izdiham səbəbindən bir saatdan çox gecikib. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə stadionun sosial şəbəkədəki X səhifəsində məlumat verilib. “Bugünkü Amerika Kubokunun final matçı öncəsi biletləri olmayan minlərlə azarkeş stadiona daxil olmağa cəhd göstərərək, digər azarkeşləri, təhlükəsizliyi və hüquq-mühafizə orqanlarını həddindən artıq riskə atdı. Giriş prosesinə nəzarət etmək və hər kəsin təhlükəsizliyini təmin etmək üçün qapılar bağlandı”, - bəyanatda deyilir. Vəziyyət normallaşdıqdan sonra matç 1 saatdan çox gecikmə ilə saat 20:22-də (Bakı vaxtı ilə 05:22) başlayıb. “USA Today” xəbər verir ki, izdihamdan sonra azı 7 nəfər həkimlərə müraciət edib. Matçın əsas vaxtı 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Oyunun 112-ci dəqiqəsində Argentina millisinin hücumçusu hesabı açıb. Qolu Lautaro Martines vurub. Bununla da Argentina 16-cı dəfə turnirin qalibi olub və Uruqvay yığmasını üstələyərək Amerika Kubokunda qələbə sayına görə yeganə lider olub.
Facebook-da paylaş