Əsas Səhifə > FUTBOL > Amerika Kubokunun final matçının startı izdihama görə bir saatdan çox gecikib

Amerika Kubokunun final matçının startı izdihama görə bir saatdan çox gecikib


15-07-2024, 09:27


Mayamidə Argentina və Kolumbiya arasında keçirilən Amerika Kubokunun final matçının startı “Hard Rock” stadionunun girişində yaranan izdiham səbəbindən bir saatdan çox gecikib.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə stadionun sosial şəbəkədəki X səhifəsində məlumat verilib.

“Bugünkü Amerika Kubokunun final matçı öncəsi biletləri olmayan minlərlə azarkeş stadiona daxil olmağa cəhd göstərərək, digər azarkeşləri, təhlükəsizliyi və hüquq-mühafizə orqanlarını həddindən artıq riskə atdı. Giriş prosesinə nəzarət etmək və hər kəsin təhlükəsizliyini təmin etmək üçün qapılar bağlandı”, - bəyanatda deyilir.

Vəziyyət normallaşdıqdan sonra matç 1 saatdan çox gecikmə ilə saat 20:22-də (Bakı vaxtı ilə 05:22) başlayıb. “USA Today” xəbər verir ki, izdihamdan sonra azı 7 nəfər həkimlərə müraciət edib.

Matçın əsas vaxtı 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Oyunun 112-ci dəqiqəsində Argentina millisinin hücumçusu hesabı açıb.

Qolu Lautaro Martines vurub. Bununla da Argentina 16-cı dəfə turnirin qalibi olub və Uruqvay yığmasını üstələyərək Amerika Kubokunda qələbə sayına görə yeganə lider olub.


Geri qayıt