Çinin altı ayda ÜDM-in artım tempi 5% təşkil edib
Yanvar-iyun aylarında Çin iqtisadiyyatının artım tempi 5%-ə çatıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi (SSA) məlumat yayıb. Qeyd olunub ki, altı ayda Çinin ÜDM-i 61,68 trilyon yuanı (indiki məzənnə ilə təxminən 8,64 trilyon dollar) ötüb. Kənd təsərrüfatı sektorunun dinamikası 3,5% (3,06 trilyon yuan və ya 429 milyard dollar), sənaye və xidmətlər sektorunda isə müvafiq olaraq 5,8% (23,65 trilyon yuan və ya 3,31 trilyon dollar) və 4,6% (34,96 trilyon yuan və ya 4,9 trilyon dollar) təşkil edib. İkinci rübdə ölkədə ÜDM-in artım tempi 4,7 faiz olduğu halda, yanvar-mart aylarında bu göstərici 5,3 faizə çatıb. Çin Dövlət Şurasının məlumatına görə, ölkənin dünya iqtisadiyyatının artım tempinə töhfəsi təxminən 30% təşkil edir. Yanvar-iyun aylarında Çin hakimiyyəti ölkədə adambaşına düşən nominal gəlirin illik 5,4% artaraq 20 733 yuana (cari məzənnə ilə 2 907 ABŞ dolları) qədər artdığını qeyd edib. Qiymət amili nəzərə alınmaqla dinamika 5,3% təşkil edib. Belə çıxır ki, kənd yerlərində Çin sakinlərinin gəlirləri qeyd olunan dövrdə 6,8% (11 272 yuana və ya 1 580 ABŞ dolları), şəhər sakinlərinin gəlirləri isə 4,6% (27 561 yuana və ya 3 864 dollar) artıb.
Facebook-da paylaş