ABŞ-də prezidentlərə hücumlar ölkənin daxili-siyasi həyatında ənənə halına çevrilib.
ABŞ-də prezidentlərə hücumlar ölkənin daxili-siyasi həyatında ənənə halına çevrilib. Şəffaflıq.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova “Rossiya-24” telekanalında bildirib. "Sui-qəsd cəhdi təəssüf ki, normaya çevrilən bir ənənədir", - Zaxarova deyib. Rusiya XİN rəsmisi qeyd edib ki, ABŞ Ukraynanı maliyyələşdirməkdənsə, bu pulları öz daxili təhlükəsizliyinə yatırmalıdır. Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.
Xəbəri paylaş
Facebook-da paylaş