Məktəb çökdü: 21 şagird öldü, 60-dan çox yaralı var


Nigeriyanın mərkəzində məktəb binasının bir hissəsinin dərs zamanı uçması nəticəsində ölən şagirdlərin sayı artıb.

 Şəffaflıq.az xəbər verir ki, bu barədə "Agence France-Presse" Nigeriya Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi Nuruddin Hüseyn Maqaciyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, hadisə nəticəsində 21 şagird ölüb, daha 69 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Nigeriyanın "Channels" telekanalı dağıntılar altında 70-ə qədər məktəbli və müəllimin qala biləcəyini iddia edib. Hadisə yerində xilasetmə qrupları və hərbçilər işləyir. Ümumilikdə məktəbdə min şagird təhsil alır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}