Saatlıda Birinci Qarabağ müharibəsinin daha iki şəhidi dəfn edilib - YENİLƏNİB


Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Səfiyyə Müləzim qızı Rəhimova və Müsaddin Sədri oğlu Rəhimovla Saatlı rayonunun Orta Muğan kəndində keçirilən vida mərasimi başa çatıb.

“Report”un Aran bürosunun məlumatına görə, şəhidlərin nəşi Saatlı rayonunun Orta Muğan kəndində dəfn olunub.

Dəfn mərasimində şəhidlərin doğmaları, Saatlı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Səfiyyə Müləzim qızı Rəhimova və Müsaddin Sədri oğlu Rəhimovun nəşi Saatlı rayonuna gətirilib.

Şəffaflıq.az-ın Aran bürosunun məlumatına görə, şəhidlərin nəşi Saatlı rayonunun Orta Muğan kəndində ailələrinə təhvil verilib.

Hazırda kənddə şəhidlərlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Səfiyyə Müləzim qızı Rəhimova 1936-cı il iyunun 1-də, Müsaddin Sədri oğlu Rəhimov isə 1963-cü il iyunun 1-də anadan olub. Onlar 1993-cü il oktyabrın 23-də Füzuli rayonunun Horadiz qəsəbəsində itkin düşüblər.

S.Rəhimov və M.Rəhimov Orta Muğan kənd qəbiristanlığında dəfn olunacaq.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}