Nazim İmanov: "Bakıda taksilər arasındakı rəqabət əhəmiyyətli dərəcədə azalıb"


Bakıda taksilər arasındakı rəqabət əhəmiyyətli dərəcədə azalıb.

Şəffaflıq.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov bildirib.

Onun sözlərinə görə, bu, taksilərin sayının azalmasının nəticəsidir.

Bununla belə, direktor hesab edir ki, dövlətin ili köhnə avtomobilləri taksi fəaliyyətindən kənarlaşdırması bu sahədə qiymətlərlə yanaşı, keyfiyyəti də artırıb.

"Taksi sahəsində mənfəət artdıqca, kapitalın sahələrarası axını da başlayacaq. Hazırda bu sahədə sadə kapital axını müşahidə olunur; maşın və lisenziya alaraq taksi sektoruna qoşulmaq mümkündür. Tədricən taksi bazarında təklif artacaq və bu zaman qiymətlər sabitləşəcək. Nəticədə vətəndaşlar əvvəlkindən bir az yüksək qiymətə daha keyfiyyətli taksi xidmətindən istifadə edə biləcəklər," - deyə deyə N.İmanov qeyd edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}