Azərbaycan millisinin məşqçisi Argentina yığmasının Amerika Kubokunun qalibi olacağını düşünür
Azərbaycan millisinin məşqçisi Arif Əsədov ABŞ-də təşkil olunan Amerika Kubokunun finalında Kolumbiya yığması ilə qarşılaşacaq Argentinanın daha şanslı olduğunu düşünür. Bunu açıqlamasında 53 yaşlı mütəxəssis özü bildirib. A.Əsədov Argentina yığmasında Lionel Messinin öz sözünü deyə biləcəyini vurğulayıb: “Messi varsa, Argentina yığmasına daha çox şans verirəm. Amma Kolumbiyanın finala qədər irəliləməsi oyunun çətin olacağından xəbər verir. Həlledici məqamlarda Messinin təcrübəsi sözünü deyə bilər”. Qeyd edək ki, final matçı iyulun 15-də, Bakı vaxtı ilə saat 04:00-da başlayacaq. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş