Türkiyə Prezidenti: Azərbaycanla Ermənistan arasında sülhü mümkün qədər tez görmək istəyirik
“Arzu edirik ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və barış hökm sürsün". Şəffaflıq.az xəbər verir ki, bu sözləri NATO sammiti çərçivəsində Vaşinqtonda mətbuat konfransı keçirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycanla Ermənistan arasında sülh sazişi bu ilin sonuna qədər imzalana bilərmi?” Real Tv-nin sualına cavabında bildirib. "Biz bu sülhü mümkün qədər tez görmək istəyirik", - Türkiyə lideri söyləyib. Onun sözlərinə görə, həm Azərbaycan, həm də Ermənistan hakimiyyəti bu istiqamətdə müsbət addımların atılmasının tərəfdarıdır.
Xəbəri paylaş
Facebook-da paylaş