Dendrologiya Bağı auditor seçir
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Dendrologiya Bağı 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib. Şəffaflıq.az xəbər verir ki, sorğuda iştirak haqqı 11 manatdır. İddiaçılar təkliflərini iyulun 26-na qədər Dendrologiya Bağının yerləşdiyi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi, 89 ünvanına təqdim edə bilərlər. Təkliflərə iyulun 26-sı, saat 12:30-da qeyd olunan ünvanda baxılacaq.
Xəbəri paylaş
Facebook-da paylaş