Laçındakı Heyvandarlıq Seleksiya Mərkəzində saxlanılan heyvanların sayı artırılıb


Laçındakı Heyvandarlıq Seleksiya Mərkəzində saxlanan heyvanların sayı artırılaraq, ümumilikdə 150 baş heyvana çatdırılıb.

Bunu Şəffaflıq.az-ın Laçına ezam olunmuş əməkdaşına mərkəzin sahə nəzarətçisi Əli Cəmilzadə deyib.

Onun sözlərinə görə, mərkəzdə hazırda 48 keçi, 102 qoyun var:

"Keçilərdə Fransa, Rusiya, Suriya sortları üstünlük təşkil edir. Qoyunlarda isə Fransa, Rusiya, Cənubi Afrika sortları üstünlük təşkil edir.
Seleksiya mərkəzi xarici növ heyvan cinslərinin bu mühitə uyğunlaşdırılması və artırılması məqsədi daşıyır. Mərkəzin ötən ilin avqustunda açılışı edilib və həmin vaxt 31 keçi, 72 qoyun gətirilmişdi.

Heyvanlara gündəlik arpa, yonca və su ehtiyatı verilir, yeri təmizlənir və peyvəndlər olunur. Amma onları otlaq sahəsinə buraxa bilmərik. Çünki onların qidalanmasına, hansı otun və yemin verildiyinə diqqət edilməlidir".

O bildirib ki, artım sayı müəyyən bir həddə çatdırıldıqdan sonra heyvanların əraziyə buraxılması, fermerlərə verilməsi və s. məsələlər həyata keçiriləcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}