Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin mənfəəti kəskin artıb


Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi 2023-cü ili 262 min manat xalis mənfəətlə başa vurub. Halbuki, Mərkəz 2022-ci ildən 52 min manat mənfəətlə çıxmışdı.

Şəffaflıq.az xəbər verir ki, ötən il Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin vergiyəqədərki mənfəəti 287 min manat (əvvəlki ilə nisbətən 5,5 dəfə çox), mənfəət vergisi ödəmələri isə 25 min manat (əvvəlki il vergi ödəməyib) təşkil edib.

Bu il yanvarın 1-nə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin aktivləri 837 min manat olub ki, bu da illik müqayisədə 4,3 dəfə çoxdur. Hesabat dövründə Mərkəzin öhdəlikləri 6 dəfə artaraq 269 min manata, balans kapitalı isə 3,7 dəfə artaraq 569 min manata, o cümlədən nizamnamə kapitalı 50 % artaraq 150 min manata çatıb.

Xatırladaq ki, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi ölkə Prezidentinin 19 may 2022-ci il tarixli fərmanı ilə yaradıllb. Mərkəz normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqanları (qurumları) əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizanın aparılması və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla ölkədə hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}