“Liverpul”un qapıçısı komandanı tərk edib


İngiltərənin “Liverpul” klubu qapıçısı Adrianla yollarını ayırıb.

 xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabında bildirilib.

“Adrian “Liverpul”u tərk edir. “Enfild”də keçirdiyi 5 il ərzində o, klubun uğurlarına dəyərli töhfə verib. Həm komanda yoldaşları, həm də personal arasında önəmli biri olan Adrian ən xoş arzularla “qırmızılar”ı tərk edir. Hər şey üçün təşəkkür edirik”, – məlumatda qeyd olunub.

Adrian ötən mövsüm "Liverpul"da bir matça belə çıxmayıb. Ümumilikdə Mersisayd təmsilçisinin heyətində keçirdiyi 26 oyunda 36 qol buraxıb və 7 dəfə qapısını toxunulmaz saxlayıb. Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}