Devid Lemmi Britaniyanın yeni xarici işlər naziri təyin edilib
Böyük Britaniyanın Baş naziri Kir Starmer Devid Lemmini yeni xarici işlər naziri təyin edib. Şəffaflıq.az bu barədə Rusiya KİV-ə istinadən xəbər verir. Qeyd edək ki, D.Lemmi 2020-ci ildə Kir Starmer Leyboristlər Partiyasının lideri seçildikdən sonra onun komandasına qoşulub. Xatırladaq ki, Leyboristlər Partiyasının lideri Kir Starmer Kral III Çarlzdan kabineti formalaşdırmaq mandatı alaraq Böyük Britaniyanın Baş naziri vəzifəsinin icrasına başlayıb.
Xəbəri paylaş
Facebook-da paylaş