Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 5 %-dən çox artıb


Bu ilin birinci yarısında Bakı metrosu ilə 113 milyon 195 min 216 sərnişin daşınıb.

Şəffaflıq.az “Bakı Metropoliteni” QSC-yə istinadən məlumat verir ki, onlardan 3 milyon 61 min 696-sı ödənişsiz metropolitenə daxil olan güzəştli sərnişinlərdir.

Ümumən birinci yarım il ərzində orta statistik hesabla gün ərzində metropolitenə 621 min 952 sərnişin daxil olub.

Ümumilikdə, 2022-ci ilə nəzərən 12,2 %, 2023-cü illə müqayisədə isə 5,3 % daha çox sərnişin daşınıb. Lakin 2019-cu ilin ilk yarısı ilə müqayisədə % az sərnişin daşınıb.

Son illərin sərnişin rekorduna sahib “Koroğlu” stansiyası 2024-cü ilin birinci yarımilliyində də liderliyi qoruyub saxlayır. Bütün sərnişinlərin 8,7 %-i və yaxud 9 milyon 827 min 14 sərnişin məhz bu stansiyadan yeraltı nəqliyyata daxil olub. Sərnişinlərin 8,2 %-i (9 milyon 269 min 269 sərnişin) “28 May” və 7,8 %-i (8 milyon 798 min 274 sərnişin) isə “20 Yanvar” stansiyasından istifadə edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}