Azərbaycan klubu UEFA Çempionlar Liqasının püşkatma mərasimində təmsil olunmayacaq


"Araz-Naxçıvan" klubu futzal üzrə UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün püşkatma mərasimində təmsil olunmayacaq.

Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, İsveçrənin Nyon şəhərində baş tutacaq mərasimə klub tərəfindən heç kim yollanmayacaq.

“Araz-Naxçıvan” klubu hazırda reytinqdə 25-ci pillədə yer aldığından UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünə ilkin mərhələdən start verəcək.

Qeyd edək ki, püşkatma mərasimi iyulun 4-də, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}