Venesuelanın vitse-prezidenti ağac aşması nəticəsində yaralanıb
Venesuelanın icraçı vitse-prezidenti Delsi Rodriges “Beril” qasırğasından zərər çəkmiş əhaliyə yardım edərkən Sukre ştatında ağac aşması nəticəsində ağır xəsarət alıb. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro “Venezolana de Television” telekanalının canlı efirində bildirib. Maduro deyib ki, Rodriges “şüurdadır, güclüdür və tezliklə sağalacaq”. Kumanakoada “Beril” qasırğasının yol açdığı daşqın iki nəfərin ölümünə və beş nəfərin itkin düşməsinə səbəb olub.
Xəbəri paylaş
Facebook-da paylaş