Nazir: Azərbaycan Bolqarıstanın enerji sahəsində strateji tərəfdaşıdır
Bolqarıstan və Azərbaycan arasında ikitərəfli əməkdaşlıqda enerji sahəsi xüsusi yer tutur. Şəffaflıq.az xəbər verir ki, bunu Bolqarıstanın energetika naziri Vladimir Malinov Bakıda keçirilən Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 6-cı iclasında deyib. “Azərbaycan Bolqarıstanın enerji sahəsində strateji tərəfdaşıdır. İki ölkənin energetika nazirlikləri arasında müntəzəm və konstruktiv dialoqu qeyd etmək istərdim. Bolqarıstan hökumətinin tədarük mənbələrinin və həcminin şaxələndirilməsi üzrə səylərini dəstəklədiyinə görə Azərbaycana səmimi təşəkkürümüzü bildiririk”, - o vurğulayıb. Onun sözlərinə görə, Bolqarıstan Cənub Qaz Dəhlizinin potensialının artırılması üzərində işləməyə hazırdır. Nazir Bolqarıstanın paytaxtı Sofiyada SOCAR-ın ofisinin açılmasının iki ölkə arasında enerji tərəfdaşlığının inkişafında mühüm rol oynadığını qeyd edib.
Facebook-da paylaş