Bu gün Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik, Cənab Vilayət Eyvazovun doğum günüdür.


Vilayət Süleyman oğlu Eyvazov 1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olmuşdur. 2000-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

1994-cü ilin noyabr ayından daxili işlər orqanlarında xidmət edir. Daxili işlər orqanlarında fəaliyyətə polis nəfəri kimi başlamış, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət etmiş, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 aprel tarixli 753 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, 2016-cı il 11 mart tarixli 1889 nömrəli Sərəncamı ilə Daxili İşlər nazirinin birinci müavini təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 20 iyun tarixli 1278 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Daxili İşlər naziri təyin edilmişdir.

Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülmüş, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2014-cü il 1 iyul tarixli 598 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə”, 2020-cil il 9 dekabr 2338 nömrəli Sərəncamı ilə “Zəfər” ordenləri, 2008-ci il 1 iyul tarixli 2912 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru, 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2019-cu il tarixli 1299 nömrəli Sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilmişdir.

Hörmətli Nazir sizi doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, gələcək günlərinizin xeyirli-uğurlu olmasını diləyirik. Sizin təmiz qəlbinizdən bütün vətəndaşlar xəbərdardır. Siz hər bir vətəndaşın dərdini öz dərdiniz bilir, hər kəsə qayğı və sevgi göstərirsiniz. Tanrı canınızı sağ etsin. Yaşasın Azərbaycan Respublikasının şəfərli və ləyaqətli Dövlət Məmurları.


Bayram Xudayarov

Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,

"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,

YAP-ın fəal üzvü


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}