Bakı Ali Neft Məktəbinin komandası 100 min dollar investisiya qazanıb
BANM-dan verilən məlumata görə, layihənin rəhbəri təhsil olacağının Kimya mühəndisliyi kafedrasının istehsalat təlimi ustası Fidan Qədimalıyevadır. Qalib komanda 100 min ABŞ dolları məbləğində pul mükafatına layiq görülüb. Şəffaflıq.az
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Cəvahir Yusifzadə, II kurs tələbəsi Zərifə Əsədullayeva və Biznesin idarə edilməsi ixtisasının II kurs tələbəsi Solmaz Mahmudova “Baku Investment Day”də “CleanTech” kateqoriyasında özünü bərpa edən sement layihəsi ilə qalib olub.
Xəbəri paylaş
Facebook-da paylaş