Cənubi Koreya, ABŞ və Yaponiya Rusiya ilə KXDR arasında hərbi əməkdaşlığı pisləyib


Koreya Respublikası, ABŞ və Yaponiyanın yüksək rütbəli diplomatları Rusiya ilə KXDR arasında hərbi əməkdaşlığın genişləndirilməsini pisləyiblər.

Şəffaflıq,az xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyinin dərc etdiyi birgə bəyanatda deyilir.

İyunun 24-də Koreya Respublikası Xarici İşlər Nazirliyinin Strateji İnformasiya Departamentinin direktoru Ço Qu, Yaponiya Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya Departamentinin direktoru Hiroyuki Namazu Re və ABŞ Dövlət Departamentinin Şimali Koreya üzrə məsul yüksək rütbəli rəsmisi Cjon Pak arasında telefon danışıqları aparılıb.

Onların fikrincə, Rusiya ilə KXDR arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilə Koreya yarımadasında sülh, sabitlik və nüvə silahlarının yayılmaması rejimi üçün narahatlıq yarada bilər.

“Koreya Respublikası, ABŞ və Yaponiya KXDR-in regionun və dünyanın təhlükəsizliyinə yaratdığı təhdidlərə qarşı durmaq üçün diplomatik və təhlükəsizlik sahəsində əməkdaşlığı daha da gücləndirmək niyyətlərini təsdiqləyiblər”, - bəyanatda vurğulanıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}