Şimali Makedoniya parlamenti yeni hökuməti təsdiqləyib
Şimali Makedoniya parlamenti Baş nazir Xristian Mikoskinin yeni hökumətini təsdiqləyib. Şəffaflıq.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Yeni hökumətinin lehinə 76 qanunverici, əleyhinə isə 22 deputat səs verib. Mayın 9-da Şimali Makedoniyada keçirilən parlament seçkilərində ən böyük müxalifət partiyası olan “Daxili Makedoniya İnqilab Təşkilatı - Makedoniya Milli Birlik Naminə Demokratik Partiyası” və Kristian Mikoskinin rəhbərliyi altında “Sizin Makedoniya” koalisiyası qalib gəlib. “Daxili Makedoniya İnqilab Təşkilatı - Makedoniya Milli Birlik Naminə Demokratik Partiyası” müxalifətdə olmaqla bəyan edib ki, ölkə Prespa sazişini həyata keçirməkdən imtina etməli və Makedoniya adını bərpa etməlidir.
Facebook-da paylaş