Göygölün Üçtəpə kəndinə dolu düşüb


Azərbaycanın rayonlarında faktiki və gözlənilən hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bölgələrdə arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.

Düşən yağıntının miqdarı aylıq normanın 22-40 %-ni təşkil edib.

Xidmət rəsmisi Gülnarə Abbasova bildirib ki, gecə saat 03:00 radələrində Göygöl rayonu Üçtəpə kəndinə dolu düşüb: “Bu gün bölgələrdə hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimal olunur. Hazırda şərq küləyi əsir. Havanın temperaturu Aran rayonlarında 30-35 dərəcə isti, dağlıq rayonlarda 17-22 dərəcə isti təşkil edəcək".

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}