Malinin paytaxtı Bamako şəhərində mülki hakimiyyətin geri qaytarılmasını tələb edən 11 müxalifətçi saxlanılıb.
Malinin paytaxtı Bamako şəhərində mülki hakimiyyətin geri qaytarılmasını tələb edən 11 müxalifətçi saxlanılıb. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə “Frans Press” agentliyi məlumat yayıb. Qeyd olunub ki, həbs koalisiya liderinin evində təkbətək görüş zamanı baş verib. Məlumata görə, saxlanılanlar arasında seçkilərin keçirilməsi və siyasi hakimiyyətin qurulması ilə bağlı martın 31-də dərc edilmiş bəyannaməyə imza atan siyasi partiya və hərəkat rəhbərləri də var. Hazırda ölkədə bu partiyaların fəaliyyəti qadağan edilib.
Xəbəri paylaş
Facebook-da paylaş