"Şamaxı" klubu qapıçısını icarəyə verib
“Şamaxı” klubu gənc qapıçı Sahib Həsənovla müqaviləni yeniləyib. Şəffaflıq.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qolkiperlə ikiillik müqavilə imzalanıb. Lakin qapıçı növbəti mövsümü icarə əsasında I Liqa təmsilçisi “Difai Ağsu”da keçirəcək. Qeyd edək ki, "Şamaxı" 2023/2024 mövsümünü 57 xalla birinci pillədə başa vurub və Azərbaycan Premyer Liqasında mübarizə aparmaq hüququ qazanıb.
Xəbəri paylaş
Facebook-da paylaş