Meksikada yeni seçilmiş bələdiyyə sədri öldürülüb
Meksikada solçu “Mexico Advance” regional partiyasından Herrero ştatının Kopala bələdiyyəsinin meri seçilən Salvador Villalba Flores sifarişlə qətlə yetirilib. Şəffaflıq,az "El Sur de Guerrero" qəzetinə istinadən xəbər verir ki, bu barədə ştat prokurorluğunun press-relizində deyilir. Villalba Hərbi Dəniz Qüvvələrinin istefadakı kapitanı idi və Meksika Milli Qvardiyasının himayəsində olub. Məlumata görə, seçilmiş mer Mexikodan Kopalaya gedərkən silahlı şəxslər onun avtomobilinin qarşısını kəsib və odlu silahla vurulub. Villalba oktyabrın 1-dən Kopala meri vəzifəsinə başlamalı idi.
Xəbəri paylaş
Facebook-da paylaş