"Bavariya" yaponiyalı futbolçunu transfer edir
Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirir. Şəffaflıq.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano “X” sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, Münhen təmsilçisi müdafiəçi Hiroki İtonun transferi ilə bağlı "Ştutqart"la razılığa gəlib. Klub yaponiyalı oyunçuya görə 30 milyon avro ödəyəcək. 25 yaşlı futbolçu ilə beşillik müqavilə imzalanacaq. Qeyd edək ki, Hiroki İto ötən mövsüm 29 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Xəbəri paylaş
Facebook-da paylaş