Vaxtımızın çoxunu kiminlə keçirsək, beynimiz onun beyninə bənzəyir: "DOSTUNU GÖSTƏR, DEYİM KİMSƏN"

 

Məhəmməd peyğəmbər (s) deyib: “İnsan öz dostunun dinindədir. Buna görə də, hər biriniz kiminlə dostluq edəcəyinə diqqət etsin”

Şəffaflıq.az xəbər verir ki, bir qrup tədqiqatçının ABŞ-ın Şimal-Qərb (Northwestern – Nortvestern) universitetində apardığı araşdırmaya görə, beynimiz daha çox vaxt keçirdiyimiz insanlarla eyni tərzdə işləyir.

Bununla da “Dostunu mənə göstər, deyim kimsən”, yaxud da “Atı atın yanına bağlasan, həmcins olmasa da, həmxasiyyət olar” atalar sözü elmi şəkildə isbat edilmiş olub.

Məhəmməd peyğəmbər (s) deyib: “İnsan öz dostunun dinindədir. Buna görə də, hər biriniz kiminlə dostluq edəcəyinə diqqət etsin”.

Neyrobioloq, professor Moran Serf və komandası beyninin elektrik siqnallarının sinxronlaşması üzərində tədqiqat aparıb. Nəticədə birlikdə vaxt keirən insanların beyin dalğalarının da zaman keçdikcə “bənzər” görünməyə başladığı müəyyənləşdirilib.

 

BBC-nin ispan xidmətinə müsahibəsində bu dalğaların bəzi vaxtlarda iki insanın beynində tamamilə eyni şəkildə işlədiyini bildirən Moran Serf deyib: “Birlikdə vaxt keçirən insanların hər ikisinin beynində uyğunluq yaranır. Cəmi iki həftədən sonra belə, eyni filmə baxan, eyni kitabları oxuyan və sadəcə bir-biriləri ilə danışan iki insanın dil, duyğu və baxış bucağında eyni qəliblər formalaşır. Zamanla inkişaf edən bu beyin ekizliyi həm sosial, həm də duyğusal münasibətlərdə də formalaşa bilər”.

Professor Serf deyib: “Həyatda verilə biləcək ən düzgün qərar kimlə vaxt keçirəcəyini ağıllı şəkildə seçməkdir”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}