Yaponiyada iki F-35 təcili eniş edib


Yaponiya Hərbi Hava Qüvvələrinə məxsus iki beşinci nəsil F-35A qırıcısı Aomori prefekturasının hava limanına təcili eniş edib.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Belə ki, məcburi enişin səbəbi təyyarənin elektronikasında yaranan problemlər olub. Hazırda ölən və yaralananlar barədə məlumat yoxdur.

Hadisə ilə əlaqədar hava limanının uçuş-enmə zolağı bağlanıb. Hazırda hadisənin baş vermə şəraiti ilə bağlı araşdırma aparılır.

F-35 Lightning II, Lockheed Martin tərəfindən üç variantda hazırlanmış beşinci nəsil gizli, çoxməqsədli döyüş təyyarələrindən biridir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}