Dağıstan rəhbəri İlham Əliyevi təbrik edib
Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Şəffaflıq.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Sizi və qardaş Azərbaycan xalqını milli bayram – müstəqilliyin 106-cı ildönümü münasibətilə təbrik edirəm. Azərbaycan Respublikasının ötən onilliklər ərzində qazandığı uğurlar ölkə rəhbərliyinin seçdiyi və ümummilli dəstək alan, respublikanın beynəlxalq arenada nüfuzunun artmasının əsasına çevrilən kursun düzgünlüyünü təsdiq edir. Xalqlarımızı çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələri, etimad və tərəfdaşlıq ab-havası birləşdirir. Bu gün Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında yaranmış əlaqələr qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığın daha da genişlənməsinin mühüm amilidir. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".
Facebook-da paylaş