Hindistan və Banqladeşin şərq sahillərində güclü "Remal" siklonu nəticəsində azı 16 nəfər ölüb.


Hindistan və Banqladeşin şərq sahillərində güclü "Remal" siklonu nəticəsində azı 16 nəfər ölüb.

Şəffaflıq.az  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə rəsmi mənbələr məlumat yayıb.

Banqladeşin təbii fəlakətlərin idarə olunması üzrə dövlət naziri Mohibbur Rahman brifinqdə jurnalistlərə deyib ki, siklon nəticəsində azı 10 nəfər ölüb.

Onun sözlərinə görə, onlardan bəziləri boğulub, bəziləri isə dağılmış binaların dağıntıları altında qalıb.

“150 457 evə ziyan dəyib, onlardan 35 483-ü tamamilə dağılıb”, - “New Age” portalı onun sözlərini sitat gətirib.

Hindistanda da altı nəfər ölüb ki, onlardan üçü elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

“The Times of India”nın məlumatına görə, Qərbi Benqaliyada 200 mindən çox insan təhlükəsiz yerlərə və yardım düşərgələrinə təxliyə edilib. Güclü külək 1 700 elektrik dirəyini zədələyib, çoxlu ağacı kökündən qoparıb. Kəlküttənin bəzi yerlərində daşqınlar qeydə alınıb.

Hindistan Meteorologiya İdarəsi bildirib ki, “Remal” artıq xeyli zəifləyib - küləyin sürəti saatda 110-120 km-dən 60-70 km/saata qədər azalıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}