Tütün məmulatlarının idxalı və istehsalında yeni rüsum son oxunuşda təsdiqlənib
Milli Məclis tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektləri üçün müəyyənləşən yeni rüsumu son oxunuşda təsdiqləyib. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında mazakirə edilən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinə tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın verilməsi rüsumu 150 manat təşkil edəcək. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Xəbəri paylaş
Facebook-da paylaş