Tacikistanın paytaxtı Düşənbə şəhərində “Şaşmakom” festival-simpoziumu keçirilmişdir.-FOTO


11-13 may tarixlərində Tacikistanın paytaxtı Düşənbə şəhərində “Şaşmakom” festival-simpoziumu keçirilmişdir. 12 may Şaşmakom gününə həsr olunan bu geniş miqyaslı tədbirin 11 may tarixində Milli kitabxanada açılış mərasim baş tutmuşdur. 

Şəffaflıq.az xəbər verir ki, Plenar iclasda Tacikistan Respublikası Prezidentinin köməkçisi Kurbonali Rahmonzada və Mədəniyyət naziri Matluba Sattoriyan açılış nitqilə çıxış etmişlər. Daha sonra keçirilən “Şaşmakom: Tarix və nəzəriyyə” adlı bölmədə Azərbaycanı sənətşünaslıq üzrə fəlsəfə doktoru Pikə Axundova-Talıblı, filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Salim və sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Muradzadə təmsil edərək məruzələrlə çıxış etmişlər. 

12 may tarixində isə Tacikistan Opera və Balet teatrının səhnəsində baş tutan Qala konsertdə Sədəf Budaqova (xanəndə), İsmayıl Zülfüqarov (tar), Rauf Məsimov (kamança) və Cəfər Həsənov (nağara) tamaşaçılar tərəfindən  böyük maraqla qarşılanan maraqlı konsert proqramı ilə çıxış etmişlər.

Həmyerlilərimiz 12 may tarixində diplomlarla təltif olunmuşlar.




Ertəsi gün Azərbaycan Respublikasının Tacikistandakı Fövqəladə və Səlahiyyətli səfiri Əlimirzamin Əskərov təmsilçilərimizi qəbul edərək onları uğurlu çıxışları münasibətilə təbrik etmişdir.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}