Azərbaycanda ilk dəfə elektron pul və ödəniş təşkilatlarına lisenziyalar verilib


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 16 may 2024-cü il tarixli qərarı ilə “A-Solutions" və "United Payment" MMC-lərə elektron pul təşkilatı, “Token Azərbaycan” MMC-yə isə ödəniş təşkilatı kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar təqdim olunub.

Şəffaflıq.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, lisenziyalar “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib. Hazırda lisenziya əldə etmək üçün müraciət etmiş digər təşkilatlar qiymətləndirilir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}