Şirvan-Salyan Regional Təhsil İdarəsi şagirdin xəsarət alması ilə bağlı açıqlama yayıb.


Şirvan-Salyan Regional Təhsil İdarəsi şagirdin xəsarət alması ilə bağlı açıqlama yayıb.

Şəffaflıq.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, sosial şəbəkələrdə Biləsuvar rayon İsmətli kənd Xanlar Qafarov adına tam orta məktəbin 8-ci sinif şagirdinin xəsarət alması ilə bağlı məlumatlar yayılıb.


"Məsələ ilə bağlı bildiririk ki, 21 may tarixində dərnək məşğələsindən çıxıb evə gedən zaman şagirdlərdən biri öz sinif yoldaşına ehtiyatsızlıqdan xəsarət yetirib. Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib.


Biləsuvar rayon Təhsil sektorunun əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb.


Hazırda şagirdin səhhətində ciddi problem yoxdur", - açıqlamada deyilir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}