ASA: Əhalinin əmlak sığortası üzrə maariflənmə dərəcəsinin az olması maliyyə itkisini artırır


Azərbaycanda əhalinin əmlak sığortası üzrə maariflənmə dərəcəsinin az olması indiki halda insanlar üçün maliyyə itkisinin daha da artmasına gətirib çıxarır.

Şəffaflıq.az xəbər verir ki, bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.

Onun sözlərinə görə, bu risklərə qarşı dayanıqlı maliyyə sistemi yaratmaq üçün maarifləndirmə göstəricilərini yüksəltmək vacibdir.

"Dünya praktikasında təbii fəlakətlərə qarşı maliyyə dayanıqlılığının artırılması üçün atılan addımlardan biri əmlakın sığortalanmasıdır. Düşünürəm ki, ölkəmizdə də bu sığorta növünün əhali arasında daha geniş miqyasda yayılması təbii fəlakət risklərinə qarşı dayanıqlılığın artırılmasında mühüm addım olacaq. Hər birimizə aydındır ki, təbii fəlakətlər bizdən asılı olmayan hadisələrdir. Öncədən baş verə biləcəyini dəqiq şəkildə təyin edə bilmədiyimiz üçün hadisələrin maliyyə riskinin hesablanması da olduqca çətin bir prosesdir. Lakin öncədən görəcəyimiz ehtiyat tədbirləri sektorun ciddi maliyyə itkisi ilə üzləşməsinin müəyyən dərəcədə qarşısını ala bilər. Məsələn dünyada ən çox zəlzələ ilə üzləşən Yaponiya, Çili, Amerika kimi dövlətlərdə binaların tikinti prosesində çox ciddi tələblər və yoxlamalar mövcuddur. Zəlzələ riskinin azaldılmasında inkişaf əldə etmək üçün bu təbii fəlakətlə üzləşmiş insanların dinlənilməsi və real təcrübənin paylaşılması çox vacibdir”,-deyə o qeyd edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}