İsrail hərbi kəşfiyyatının rəhbəri istefa verib
İsrailin hərbi kəşfiyyat idarəsinin rəhbəri Aharon Haliva istefa verib. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. “Hərbi kəşfiyyat idarəsinin rəisi general-mayor Aharon Haliva Baş qərargah rəisi ilə razılaşaraq, 2023-cü ilin 7 oktyabr hadisələrinə görə məsuliyyət daşıdığına üçün istefa verib”, - məlumatda qeyd edilib. Bildirilib ki, İsrailin müdafiə naziri Yoav Qalant onun istefasını qəbul edib. A.Haliva onu əvəzləyəcək şəxs təyin edildikdən sonra fəaliyyətini dayandıracaq.
Xəbəri paylaş
Facebook-da paylaş