Avropa Liqasının bütün yarımfinalçıları müəyyənləşib


Avropa Liqasının 2023/24 mövsümü üçün yarımfinal cütlükləri bəlli olub.

Şəffaflıq.az-ın məlumatına görə, bu mərhələdə sonuncu iştirakçı Portuqaliya "Benfika"sını penaltilər seriyasında məğlub edən Fransa "Marsel"i olub.

"Marsel"i ilk görüşdə 1:2 hesabı ilə məğlub olduğu "Benfika" ilə doğma meydanda qarşılaşıb. Əsas və əlavə vaxta 1:0 üstün olan Liqa 1 təmsilçisi penaltilər seriyasında portuqaliyalılara qalib gələrək, yarımfinala adlayıb - 4:2.

Yarımfinal cütlükləri aşağıdakı kimidir:

"Marsel" (Fransa) - "Atalanta" (İtaliya),

"Roma" (İtaliya) - "Bayer" (Almaniya).

Bu mərhələdəki qarşılaşmalar mayın 2 və 9-da baş tutacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}