IMF Azərbaycanda inflyasiyanın gerilədiyini proqnozlaşdırır


Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanda 2024-cü ildə orta illik inflyasiyanı 3,5 %, 2025-ci ildə 5 %, 2029-cu ildə isə 4 % səviyyəsində proqnozlaşdırır.

Şəffaflıq.az xəbər verir ki, bu “World Economic Outlook” hesabatının aprel sayında öz əksini tapıb. İllik inflyasiya proqnozu 2024-2025-ci illərdə 5 % səviyyəsindədir.

Oktyabr hesabatında bu il üçün inflyasiya 5,6 %, 2028-ci ildə isə 4 % səviyyəsində proqnozlaşdırılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 101 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 99,7 %, qeyri-ərzaq məhsulları üzrə 101,4 %, əhaliyə ödənişli xidmətlər üzrə 102,5 % təşkil edib.

Azərbaycanda 2024-cü ilin mart ayında inflyasiya 0,2 % (fevralda 0,6 % olub), il ərzində isə 0,4 % təşkil edib.

Azərbaycan hökuməti 2024-cü il üçün orta illik inflyasiyanı 5,3 % səviyyəsində proqnozlaşdırır.

Ölkədə 2023-cü ildə orta illik inflyasiya 8,8 % təşkil edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}