Milli İnsan Resursları Forumunun proqramı bəlli oldu!


“Birlikdən qazan” şüarı ilə aprelin 26-da “Gülüstan Sarayı”nda 600 nəfərdən çox iştirakçı ilə baş tutacaq Milli İnsan Resursları Forumunun spikerləri məlum olub.

“Facemark”“HR Option” və “HRENGINEERING” şirkətlərinin təşkilatçılığı, “VATA” şirkətinin baş sponsorluğu, “ROOF Academic Training”“Peoplise” və “Business School Istanbul” şirkətlərinin "platinum" sponsorluğu, “BeIT & Partners”“LOQO”“DataExpert” və “IST Services” şirkətlərinin "gold" sponsorluğu və “Anzera”, “Başkent” restoranlar şəbəkəsi və “İnnab”ın "silver" sponsorluğu ilə 600 nəfərdən çox şirkət nümayəndələrinin iştirakı ilə baş tutacaq forum ölkədə insan resursları sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.

3 moderator və 16 spiker "Birlikdə qazan" şüarı ilə " Top uğrunda mübarizə", " Mərkəz xətti", " Oyundan kənar vəziyyət" panelləri üzrə sahəyə dair müxtəlif mövzuları müzakirə edəcəklər.

"MİRF"in layihə rəhbəri Cabir Süleymanlının moderator olduğu “Top uğrunda mübarizə” panelində “GDG Professionals” şirkətinin təsisçisi və Baş direktoru Gülzar Quliyeva, “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova, "Veysəloğlu" Şirkətlər Qrupunun ofis direktoru (Aparat rəhbəri) Zaur Zeynalov, ADA Universitetinin Rekruitment Meneceri Dr. Aytəkin Hüseynova, “Peoplise” MMC-nin Satış və müştəri əlaqələri üzrə rəhbəri Doğuşcan Oto və "Yüksəliş" müsabiqəsinin Testlər və insan resursları şöbəsinin rəhbəri Elmira Məmmədova komanda quruculuğu istiqamətində öz təcrübələrini bölüşəcəklər.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}