Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb


Çinin əyaləti saydığı Tayvanın Silahlı Qüvvələri “Lutszian-2” yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, “Lutszian-2" təkərli şassi üzərindəki mobil buraxılış qurğusu TC-2 raketi ilə ("Tiantszian-2", ingiliscə adı – “Sky Sword 2”) hədəfdəki pilotsuz uçuş aparatını uğurla vurub. Sınaqlar Zhongshan Jiupeng Elm və Texnologiya İnstitutunun hərbi poliqonunda reallaşıb. Sınaqların ötən həftə keçirilməsi nəzərdə tutulsa da, əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmışdı.

Vurğulanıb ki, Tayvan Silahlı Qüvvələri gələcəkdə bu cür tədbirləri hər il keçirməyi planlaşdırır.

Məlumata görə, “Lutszian-2" hava hücumundan müdafiə sisteminin ilk nümunələri ötən ilin may ayında Tayvan Quru Qoşunlarının inventarına daxil edilib. Onların hədəf məsafəsi təxminən 15 km-dir. Yeni sistemlərdən təyyarələri, helikopterləri, dronları, həmçinin qanadlı raketləri və başqa hava hədəflərini məhv etmək üçün istifadə oluna bilər.

Tayvan 1949-cu ildən, Çan Kayşinin (1887-1975) başçılıq etdiyi Homindan (Kuomintang) qüvvələrinin qalıqlarının Çinlə vətəndaş müharibəsində məğlub olduqdan sonra adaya qaçdıqdan sonra öz administrasiyası tərəfindən idarə olunur. Pekin Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}