Azərbaycanda dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına dəyişiklik edilir
Azərbaycan ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına dəyişiklik edilir. Şəffaflıq.az-ın xəbərinə görə, bununla bağlı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarında" dəyişiklik olunur. Dəyişikliklə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələr" fəslindən "Dihidrokodein" və "Properidin" çıxarılıb. Digər dəyişikliklə isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr" fəslinə "Dekstrometorfan" (başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarətdə saxlanılmır) əlavə olunur.
Facebook-da paylaş