Hesablama Palatası işçilərinin sayının artırılmasını istəyir


Hesablama Palatasının 166 işçisi, bunun qarşılığında isə ölkədə mindən çox isə təşkilat var.

Şəffaflıq.az məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib.

"Bu qədər ordu qarşısında hansı heyətlə fəaliyyət göstəririk? Qonşu ölkələr araşdırılsın. O ölkələrdə bizim kimi qurumların nə qədər işçisi var, nə qədər maliyyəsi var, araşdırın. Tək Gürcüstanı deyə bilərəm ki, 342 nəfər işçi işləyir. Maliyyəsini isə özünüz araşdırın", - deyə o qeyd edib.

Sədr plenar iclasda təklifləri dinləməyə və müqayisə aparmağa hazır olduğunu da sözlərinə əlavə edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}