ABŞ havadan Qəzzaya yeni humanitar yardım çatdırıb
ABŞ Qəzza zolağına daha bir humanitar yardım partiyasını hava yolu ilə çatdırmaq üçün əməliyyat həyata keçirib. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb. “ABŞ Mərkəzi Komandanlığı davam edən münaqişədən zərər çəkmiş mülki şəxslərə humanitar dəstək göstərmək üçün aprelin 2-də Qəzza zolağının şimalına humanitar yardım aparıb”, - komandanlığın sosial şəbəkələrdəki “X”dəki səhifəsində yerləşdirilmiş bəyanatda deyilir. Qeyd edilir ki, təyyarələr 50 mindən çox qida məhsulunu yerə atıb. Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 200-dən çox insanın girovun əsir götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib. İsrail tərəfi buna cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başlandığını elan edib.
Facebook-da paylaş