Azərbaycan Universitetini 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar təşkil olunan səfər çərçivəsində kompleksin informasiya mərkəzində elmi seminar keçirilib.-FOTO
Azərbaycan Universitetinin bir qrup müəllim və tələbəsi Quba şəhərində yerləşən Soyqırımı Memorial Kompleksini ziyarət edib. 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar təşkil olunan səfər çərçivəsində kompleksin informasiya mərkəzində elmi seminar keçirilib. Şəffaflıq.az xəbər verir ki,elmi seminarda kompleksin direktor müavini Mehriban Əliyeva, kompleksin mütəxəssisi tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, Azərbaycan Universiteti Siyasi və ictimai elmlər kafedrasının müəllimləri, tarix üzrə fəlsəfə doktorları Rəsul Mehdixanov, Səbinə Məmmədli, Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının müəllimi tarix üzrə fəlsəfə doktoru Təhminə Əliyeva və başqaları çıxış ediblər. Sonra müəllim və tələbə heyəti tərəfindən simvolik məzarlıqda Qubanın rəmzi olan alma ağacları əkilib, faciə qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq 40 mərmər daşı yerləşdirilib. Soyqırımı muzeyində material və faktlarla tanışlıq olub. Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsil alan əcnəbi tələbələr də Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba rayonuna səfər ediblər. Onlara 1918-ci ildə baş verən qanlı hadisələr barədə tarixi sənədlər və faktlar əsasında ətraflı məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan memorial kompleks 2013-cü il sentyabrın 18-də açılıb. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritə vasitəsilə ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Facebook-da paylaş